Sabirabadda ağır yol qəzası: Ölən və yaralananlar var

Sabirabadda ağır yol qəzası: Ölən və yaralananlar var Hadisə
İyulun 5-də saat 1 radələrində Sabirabad şəhəri ərazisində rayon sakini Rüfət Məmiyev idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı işıq dirəyinə vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, nəticədə sürücü hadisə yerində ölüb, 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır.