Sabirabadda avtomobilin vurduğu piyada xəstəxanada öldü

Sabirabadda avtomobilin vurduğu piyada xəstəxanada öldü Hadisə

Sabirabadda avtomobilin vurduğu piyada ağır kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirlib.

News24.az xəbər verir ki, hadisə gecə saatlarında Sabirabad rayonunun Yaxa Dəllək kəndində qeydə alınıb.

Belə ki, “VAZ 2107” markalı avtomobil yolun kənarı ilə hərəkət edən Sabirabad rayonunun Yaxa Dəllək kənd sakini, 1983-cü il təvəllüdlü Əsədov Şamo Eyyub oğlunu vurub.

Piyada ağır kəllə-beyin travması ilə komatoz vəziyyətdə Şirvan Şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirlib. Piyada aldığı xəsarətlərdən səhər saatlarında ölüb.

Faktla bağlı araşdırma aparılır. // APA