Sabirabadda qəzada xəsarət alanların son vəziyyəti AÇIQLANDI – YENİLƏNDİ

Sabirabadda qəzada xəsarət alanların son vəziyyəti AÇIQLANDI – YENİLƏNDİ Hadisə

Sabirabadda baş verən qəza zamanı 10 nəfər xəsarət alaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

News24.az xəbər verir ki, bu barədə xəstəxanadan məlumat verilib.

Bildirilir ki, 1-i kişi, 9-u qadın olmaqla, xəsarət alan 10 nəfərə bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib. 8 nəfər zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

Hazırda 2 nəfərin müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir. Vəziyyətləri ağır (kişi) və orta ağır (qadın) olaraq qiymətləndirilir.

**

Sabirabadda mikroavtobusun iştirakı ilə avtomobil qəzası baş verib, 7 nəfər xəsarət alıb.

News24.az xəbər verir ki, hadisə Sabirabad rayonunun Dadaşbəyli kəndində baş verib.

“FORD" markalı mikroavtobusla "Ateko" markalı avtomobilin toqquşması nəticəsində 7 nəfər xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdirilib. Qəza səbəbindən Şirvan-Sabirabad yolunda 40 dəqiqə ərzində böyük tıxac yaranıb.

Faktla bağlı araşdırma aparılır. (apa.az)

**

Sabirabadda mikroavtobusun iştirakı ilə yol qəzası baş verib.

News24.az xəbər verir ki, hadisə Sabirabad rayonunun Dadaşbəyli kəndində qeydə alınıb.

Mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində 7 nəfər xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (apa.az)