Sabirabadda yol nəqliyyat hadisəsi - BAŞ VERİB

Sabirabadda yol nəqliyyat hadisəsi - BAŞ VERİB Hadisə
Sabirabadda avtomobil yeniyetməni vurub.

News24.az xəbər verir ki, hadisə rayonun Nizami kəndində qeydə alınıb. "Hyundai" markalı avtomobil yol kənarında alça satan kənd sakini, 2007-ci il təvəllüdlü Əmirov Səyyad Mübariz oğlunu vurub.

S.Əmirov ağır kəllə-beyin travması, sol bud sümüyünün açıq qəlpəli sınığı, travmatik şok diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.