Sabunçu və Qaradağ rayonlarında oğurluq edən şəxslər tutulublar

Sabunçu və Qaradağ rayonlarında oğurluq edən şəxslər tutulublar Hadisə

Sabunçu və Qaradağ rayonlarında oğurluq edən şəxslər tutulublar.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a bildiriblər ki, Sabunçu rayonu ərazisindəki 2 evdən 55 metr uzunluğunda elektrik naqili, 800 manat məbləğində pul və 800 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri H.Abdulmanafov və əvvəllər məhkum olunmuş S.Səmədov Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.


Sahil qəsəbəsindəki istinad divarlarının işıqlandırılması üçün istifadə edilmiş Bakı şəhər elektrik şəbəkəsinə məxsus 170 metr elektrik naqilini və 5 həyətyanı sahədən suqızdırıcısı, elektrik naqili və inşaat materialları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Cavadzadə Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb.


Faktlarla bağlı araşdırma aparılır.