Sahildə meyit tapılıb
Hadisə
Türkiyə Mudanya rayonundakı çimərlikdə kişi cəsədi görən vətəndaşlar 112 Təcili Zəng Mərkəzinə məlumat verib.
News24.az xəbər verir ki, əraziyə polis və tibb qrupları göndərilib.
Cəsədin 4 gün əvvəl Yalovanın Armutlu rayonunda kanoe ilə üzdükdən sonra yoxa çıxan Yücel Coşkun (28) və ya Hüseyn Pinərə (32) aid olub-olmadığı yarılma hesabatında bəlli olacaq.
Günel Məlikzadə