Salyanda avtomobil piyadanı vuraraq öldürdü

Salyanda avtomobil piyadanı vuraraq öldürdü Hadisə

Salyan rayonunda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

News24.az xəbər verir ki, hadisə Ələt–Astara magistral yolunun rayonun Yenikənd kəndi ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, avtomobil Salyan sakini, 1981-ci il təvəllüdlü Taleh Teyyub oğlu İsmayılovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır. (APA)