Salyanda qəza baş verdi - ölən və yaralanan var - Yeniləndi
Hadisə
Salyanda baş verən qəzada ölən və yaralanan var.
News24.az-ın məlumatına görə, hadisə Salyan şəhərinin girişində baş verib.
Avtomobillərin toqquşması nəticsində bir nəfər ölüb. Yaralılar xəstəxanaya yerləşdirlib.
Hadisə yerinə FHN xilasedciləri cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.(APA)
Salyan şəhərinin girişində Kür çayının üzərində keçən köhnə körpüdə yol qəzası baş verib.
News24.az-ın məlumatına görə, “Priora” markalı avtomobil “PAZ” markalı avtomobillə toqquşub.
Nəticədə "Priora"nın sürücüsü, Neftçala rayonunun Xıllı kənd sakini, 1988-ci il təvəllüdlü İbrahimov Zeyqəm Kamil oğlu hadisə yerində ölüb. Sürücünün avtomobildə sıxılmış meyiti FHN xilasediciləri tərəfindən xüsusi avadanlığın köməyi ilə çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.(APA)
*****
10:10
"Salyanda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə dekabrın 18-də saat 09:50 radələrində 2 nəfər (kişi) Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub".
Bu barədə News24.az-a Salyan Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
"Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda vəziyyətləri stabil qiymətləndirilir".