Salyanda yol qəzası oldu - Ölən var - YENİLƏNDİ
Hadisə
Salyanda ölümlə nəticələnən yol qəzası baş verib.
News24.az xəbər verir ki, hadisə Ələt-Astara yolunun Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Opel” markalı avtomobil idarəetməni itirərək yoldan çıxaraq aşıb. Nəticədə avtomobildə olan qadın sərnişin ağır xəsarət alıb və xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır. // Unikal
10:45
Ələt-Astara yolunun Salyan rayonu ərazisindən keçən hissəsində Opel” markalı minik avtomobilinin yoldan çıxaraq aşması nəticəsində Sumqayıt şəhər sakini 1956-cı il təvəllüdlü Paşayeva Valiyə Abdulla qızı ölüb.
News24.az xəbər verir ki, qəza zamanı Sumqayıt şəhər sakinləri - 1980-ci il təvəllüdlü Paşayev Anar Natiq oğlu və 2012-ci il təvəllüdlü Paşayev Mirməhəmməd Anar oğlu müxtəlif dərəcəli bədən xəsarəti alıb. // APA