Samuxda iki maşın toqquşdu - Xəsarət alanlar var - Yeniləndi
Hadisə
Samuxda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
News24.az-ın məlumatına görə, hadisə rayonun Sərkar-Qarayeri yolunda qeydə alınıb. Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Xəsarət alanlar 1988-ci il təvəllüdlü Z.Məhərrəmov və 1986-cı il təvəllüdlü R.Cəbiyevdir. Onların vəziyyətlərinin kafi olduğu bildirilir.
Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.(Unikal)
09:26
"Samux rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar noyabrın 20-si saat 23:40 radələrində 2 nəfər (kişi) Samux Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub".
Bu barədə News24.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib:
"Müxtəlif bədən xəsarətləri alan şəxslərə ilkin tibbi xidmət göstərilib. Pasiyentlər daha ixtisaslı tibbi xidmət almaq üçün Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya təxliyə olunub.
Tibb müəssisəsinin müvafiq şöbəsində zəruri tibbi xidmətlər göstərilən şəxslərin vəziyyəti qənaətbəxş qiymətləndirilib, ambulator müalicə üçün evə buraxılıblar".