“Sədərək”də insident: Qurum əməkdaşları xəsarət aldı, - ekspertiza təyin olundu - Foto-Video

“Sədərək”də insident: Qurum əməkdaşları xəsarət aldı, - ekspertiza təyin olundu - Foto-Video Hadisə

Dövlət Reklam Agentliyi “Sədərək” ticarət mərkəzində baş verən insidentlə bağlı açıqlama yayıb.

News24.az xəbər verir ki, Agentliyin yaydığı məlumata görə, oktyabrın 13-də Agentliyin əməkdaşları Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” ticarət mərkəzində qanunvericiliyin tələblərinə nəzarət məqsədilə xidməti vəzifələrini yerinə yetirərkən bir qrup şəxs tərəfindən hücuma məruz qalıblar. 

"Həmin şəxslər ictimai qaydanı kobud şəkildə pozaraq əməkdaşlara qarşı zor tətbiq edib, həmçinin Agentliyə məxsus xidməti avtomobillərə ziyan vurublar" - deyə məlumatda qeyd edilib. 

Bildirilib ki, qanunvericiliyə əsasən açıq məkanda reklam anlayışı mülkiyyət əsasında müəyyən edilmir: 

"“Sədərək” Ticarət Mərkəzindəki reklam qurğuları Ticarət Mərkəzinin daxilində deyil, yol kənarından açıq şəkildə görünən, açıq məkana ünvanlanan sahələrdə quraşdırıldığından açıq məkanda reklam hesab edilir. Aparılan monitorinqlər nəticəsində müəyyən edilib ki, Ticarət Mərkəzinin kənarında yerləşdirilən bir sıra reklam daşıyıcılarının mövcud vəziyyəti rekam qurğularına dair tələblərə cavab vermir, yerləşdirildikləri ərazinin estetik görünüşünə mənfi təsir göstərir. Həyata keçirilən tədbirlər sahibkarlıq fəaliyyətinə müdaxilə deyil, qanunvericiliyin tələblərinin icrasıdır".

"Qarşı tərəfin iddia etdiyi məhkəmə qərarının məzmunu reklam daşıyıcıları ilə bağlı deyil, açıq məkanda reklam yerləşdirilməsinə icazə ilə əlaqədardır", - deyə qeyd edilib. 



“Sədərək”də insident: Qurum əməkdaşları xəsarət aldı, - ekspertiza təyin olundu - Foto-Video