Səhər saatlarında ağır qəza - YARALANAN VAR

Səhər saatlarında ağır qəza - YARALANAN VAR Hadisə

Salyan rayonunda baş verən avtomobil qəzasında xəsarət alanlar var.

News24.az xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının rayonun Seyidsadıqlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"BMW" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində hələlik şəxsiyyəti dəqiqləşdirilməyən üç nəfər xəsarət alıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.(report)