Şəkidə yanğın - Ölən var

Şəkidə yanğın - Ölən var Hadisə

Şəkidə evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, Bideyiz kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 2 otaq və eyvandan ibarət kürsülü evin yanar konstruksiyaları yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.