Sərnişin avtobusu ilə avtomobil toqquşdu: - ÖLƏN VƏ YARALANANLAR VAR
Hadisə
Türkiyədə Aykut Cantürkün (40) idarə etdiyi sərnişin avtobusu Cemalettin Ege idarə etdiyi avtomobillə toqquşub.
News24.az xəbər verir ki, zərbənin təsirindən xəndəyə düşərək alovlanan avtomobilin sürücüsü Cemalettin Ege ilə eyni vasitədə olan Fadime Duran (77), Mustafa Duran (75), Nəzminə Duran (7) və Armağan Duran yaralanıb.
Xəstəxanaya çatdırılan yaralılar arasında avtomobilin sürücüləri Cemalettin Ege və Mustafa Duranı edilən müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.
Avtobusda olan sərnişinlərdən Mövlud Bakır jurnalistlərə açıqlamasında qəzadan sonra avtomobildən düşdüyünü və avtomobildə olan insanların xilas edilməsinə kömək etdiyini bildirib və “Yaralıları yolun kənarına çıxardıqdan sonra orada avtomobildə partlayış olub” dedi.
Günel Məlikzadə