Sərnişinlə "BakuBus" sürücüsü arasında mübahisə - Video - Yeniləndi

Sərnişinlə "BakuBus" sürücüsü arasında mübahisə - Video - Yeniləndi Hadisə

Bakıda "BakuBus" sürücüsü ilə sərnişin arasında çəkişmə yaşanıb.

News24.az xəbər verir ki, mübahisə Ağ Şəhər yaxınlığında, 4 nömrəli marşrut avtobusunda baş verib.

Mübahisəyə sərnişinin avtobusu dayanacaqdan kənar yerdə dayandırmaq istəməsi səbəb olub. (Unikal)


11:00

Bu gün saat 11:30 radələrində BakuBus MMC-nin istismarında olan 4 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslardan birində sürücü və sərnişin arasında anlaşılmazlıq baş verib.

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq BakuBus MMC-dən məlumat verilib.

Bildirilib ki, sərnişin sürücüdən dayanacaqdan kənar ərazidə saxlamasını tələb edib:

"Sürücü isə mövcud qaydalara əsasən marşrut avtobuslarının yalnız təyin olunmuş dayanacaq məntəqələrində saxlaya bildiyini izah edib".

"Müntəzəm marşrut avtobusları tərtib olunmuş hərəkət sxemi üzrə fəaliyyət göstərir və sərnişinlərin minib-düşmələri yalnız xətt üzrə müəyyən edilmiş dayanacaqlarda təmin edilir. İctimai nəqliyyatdan istifadə edən bütün sərnişinlərdən mövcud qaydalara riayət etmələrini xahiş edirik", - deyə məlumatda qeyd edilib.