Sevgilisi ilə barışmaq üçün getdiyi salona güllə yağdırdı - Saxlanıldı

Sevgilisi ilə barışmaq üçün getdiyi salona güllə yağdırdı - Saxlanıldı Hadisə

Adanada sevgilisi ilə danışmaq məqsədilə getdiyi oyun salonunda işçilər tərəfindən döyüldüyünü iddia edən 25 yaşlı Əbdüllətif T., daha sonra ov tüfəngi ilə geri dönərək iş yerinə atəş açıb.

News24.az xəbər verir ki, hadisə oktyabrın 9-u baş verib. Hücum anları həm təhlükəsizlik kameralarına, həm də vətəndaşların mobil telefonlarına düşüb. Polis araşdırması zamanı istifadə edilən ov tüfəngi boş sahədə tapılıb.

Şübhəli 9 dekabr tarixində Ziyapaşa məhəlləsində gizləndiyi evdə keçirilən əməliyyatla saxlanılıb. Əbdüllətif T. ifadəsi alındıqdan sonra məhkəməyə çıxarılaraq həbs edilib.

Sevgilisi ilə barışmaq üçün getdiyi salona güllə yağdırdı - Saxlanıldı Sevgilisi ilə barışmaq üçün getdiyi salona güllə yağdırdı - Saxlanıldı Sevgilisi ilə barışmaq üçün getdiyi salona güllə yağdırdı - Saxlanıldı