Şamaxı rayonundakı yanğın söndürülüb

Şamaxı rayonundakı yanğın söndürülüb Hadisə
Şamaxı rayonunun Meysəri kəndi ərazisində dağlıq ərazidə baş verən yanğın söndürülüb.
Fövqəladə Hallar Nazirliyindən News24.az -a bildiriblər ki, hadisə nəticəsində 6 hektar sahədə quru ot və kol-kos yanıb. Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri və Mülki Müdafiə Qoşunlarının qüvvələri tərəfindən söndürülüb.