Şamaxıda "ВАЗ” markalı avtomobil - DƏRƏYƏ AŞDI

Şamaxıda "ВАЗ” markalı avtomobil - DƏRƏYƏ AŞDI Hadisə
Şamaxı rayonunun Məlhəm kəndi ərazisində “ВАЗ” markalı minik avtomobilinin dərəyə aşıb.

News24.az xəbər verir ki, bu barədə FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.