Şəmkirdə 20 yaşlı gənc bıçaqlandı

Şəmkirdə 20 yaşlı gənc bıçaqlandı Hadisə
Şəmkirdə bıçaqlanma hadisəsi olub.

Hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü E.Əliyev mübahisə zəminində bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.

E.Əliyevin kim tərəfindən və hansı səbəbdən bıçaqlandığı hələ məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.