Şəmkirdə bir nəfər su anbarında batdı

Şəmkirdə bir nəfər su anbarında batdı Hadisə


Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Şəmkir rayonu, Qaranüy kəndində Şəmkir su anbarında 1 nəfərin batması barədə məlumat daxil olub.

News24.az xəbər verir ki, məlumatla əlaqədar, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.