Siyəzəndə 6 otaqlı evdə - YANĞIN

Siyəzəndə 6 otaqlı evdə - YANĞIN Hadisə
Siyəzən rayonunda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, ümumi sahəsi 234 m² olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində yataq dəsti, masa və otağın tavanı 10 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.