Skuterdən yıxılan 57 yaşlı kişi 10 gün sonra öldü

Skuterdən yıxılan 57 yaşlı kişi 10 gün sonra öldü Hadisə

Yasamal rayonunda skuterdən yıxılaraq ağır xəsarət alan şəxs vəfat edib.

News24.az xəbər verir ki, bədbəxt hadisə avqustun 22-si saat 10 radələrində Tbilisi prospekti 1054-ün qarşısında baş verib.

Bakı şəhər sakini 1969-cu il təvəllüdlü Həsən Faiq oğlu Xəlilov idarə etdiyi skuterdən yıxılıb.

Xəstəxanaya yerləşdirilmiş H.Xəlilov sentyabrın 1-i orada ölüb.

 Araşdırmalar aparılır. (Qafqazinfo)