Skuterlə toqquşan aktrisa xəstəxanaya yerləşdirildi

Skuterlə toqquşan aktrisa xəstəxanaya yerləşdirildi Hadisə


Gənc Tamaşaçılar Teatrının aktrisası İradə Rəşidova yol keçərkən sküterlə toqquşub və nəticədə ciddi xəsarət alıb.

News24.az xəbər verir ki, bu barədə teatrın mətbuat katibi Samirə Əşrəf Teleqraf-a məlumat verib.

O bildirib ki, iki gün əvvəl baş vermiş qəza nəticəsində beyin silkələnməsi olub.

"Vəziyyəti kafidir. Başı yerə dəydiyi üçün baş ağrıları və ürək bulanması var. Danışa bilir, huşu yerindədir, ancaq ağrıları davam edir. Hələki müalicəsi xəstəxana şəraitində aparılır. Bir müddət xəstəxanada qaldıqdan sonra müalicəsi evdə davam etdiriləcək".

Samirə Əşrəf qeyd edib ki, teatr rəhbərliyi hadisədən dərhal sonra aktrisanın ailəsi ilə əlaqə saxlayıb və vəziyyətini daim izləyir.