İsmayıllı sakinlərindən qanunsuz silah - GÖTÜRÜLDÜ - FOTO

İsmayıllı sakinlərindən qanunsuz silah - GÖTÜRÜLDÜ - FOTO Hadisə
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində əməliyyat tədbiri keçirilib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə İsmayıllı şəhər sakini Fərhad Səmədovdan “İJ-16” markalı və rayonun Qurbanəfəndi kənd sakini Vüqar Səmədovdan “TOZ-63” markalı müvafiq sənədləri olmayan ov tüfəngləri aşkar edilərək götürülüb.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunaraq baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilib.


İsmayıllı sakinlərindən qanunsuz silah - GÖTÜRÜLDÜ - FOTO İsmayıllı sakinlərindən qanunsuz silah - GÖTÜRÜLDÜ - FOTO