SOCAR-ın əməkdaşı qəzada öldü - Fotolar
Hadisə
Salyan rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
News24.az-ın məlumatına görə, hadisə srağagün axşam saatlarında köhnə Ələt–Astara magistral yolunun rayonun Yenikənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “VAZ 2106” markalı minik avtomobili yolu keçmək istəyən 1981-ci il təvəllüdlü İsmayılov Taleh Teyyub oğlunu vurub.
Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan yaralı xəstəxanaya aparılarkən yolda həyatını itirib.
Qeyd edək ki, iki uşaq atası olan T.İsmayılov SOCAR-ın Dalğıc və Qəza-Xilasetmə İdarəsində çalışıb. O, işdən qayıdarkən Ələt–Astara avtomobil yolunda nəqliyyat vasitəsindən düşərək evinə gedən zaman qəzanın qurbanı olub.
Faktla bağlı araşdırma aparılır.(Qafqazinfo)