SON DƏQİQƏ! Mübariz İbrahimovu təhqir edən Nərminə - HÖKM OXUNDU - FOTO

SON DƏQİQƏ! Mübariz İbrahimovu təhqir edən Nərminə - HÖKM OXUNDU - FOTO Hadisə
Xətai rayon Məhkəməsində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu təhqir etdiyi üçün barəsində xüsusi ittiham qaydasında şikayət verilən psixoloq Nərmin Şahmarzadənin məhkəməsi başa çatıb.

News24.az-ın məlumatına görə, bu gün keçirilən məhkəmə iclasında hakim N.Şahmarzadəyə 400 saat müddətinə ictimai işlərə cəlb edilməsi ilə bağlı qərar verib.
Prokuror onun 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, keçirilən son məhkəmə iclası zamanı qarşıdurma baş verib və tərəflər bir-birini ittiham edib. Hadisə yerində bir nəfərin halı pisləşib və məhkəməyə təcili tibbi yardım briqadasının çağırılıb.

Xatırladaq ki, Nərmin Şahmarzadəyə qarşı 147-ci (böhtan) maddəsi ilə şikayət verilib. Vəkil Ramil Rüstəmovla yanaşı, Fövqəladə Hallar Nazirliyinin (FHN) mayoru, doqquz qat dünya, üç qat Avropa çempionu, Muay-tay və Tayboksinq Federasiyalarının vitse-prezidenti, əməkdar və beynəlxalq dərəcəli idman ustası Araz Musayev də N.Şahmarzadədən məhkəməyə şikayət edib.
SON DƏQİQƏ! Mübariz İbrahimovu təhqir edən Nərminə - HÖKM OXUNDU - FOTO SON DƏQİQƏ! Mübariz İbrahimovu təhqir edən Nərminə - HÖKM OXUNDU - FOTO SON DƏQİQƏ! Mübariz İbrahimovu təhqir edən Nərminə - HÖKM OXUNDU - FOTO