SON DƏQİQƏ! Neft zavodunda - PARTLAYIŞ

SON DƏQİQƏ! Neft zavodunda - PARTLAYIŞ Dünya
Neft zavodundan partlayış baş verib.

News24.az "Sinxua" Xəbər Agentliyinə istinadən xəbər verir ki, Çinin şimal-qərbindəki Şaansi əyalətində bir neft zavodunda bir avtomobil partlayıb.

Nəticədə 5 nəfər ölüb daha beş nəfər isə yaralanıb. Üç nəfərin də itkin düşdüyü partlayış yerli vaxtla saat 07:00-da "Yangcheng Oil" yatağına məxsus sənaye sahəsində baş verib.

Hunan əyalətindən (Mərkəzi Çin) enerji şirkətinə məxsus nəqliyyat vasitəsinə quraşdırılmış sınaq avadanlığı partlayıb. Bütün zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti stabil olaraq qiymətləndirilir.