SON DƏQİQƏ: Xankəndidə "BTR" qəzaya uğradı - Ölən var

SON DƏQİQƏ: Xankəndidə "BTR" qəzaya uğradı - Ölən var Hadisə

Rusiya sülhməramlı kontingentinə məxsus zirehli döyüş maşını Xankəndidə dərəyə aşıb.

News24.az xəbər verir ki, bu barədə Telegram kanallarında məlumat yayılıb.

Qəza nəticəsində 1 rusiyalı hərbi qulluqçunun həlak olduğu, iki nəfərin isə yaralandığı bildirilir.

Yaralılardan birinin vəziyyəti ağır olaraq qiymətləndiririlir.

Yaralılar Xankəndidəki tibb müəssisəsinə çatdırılıb.