SON DƏQİQƏ! Xətaidə çoxmərtəbəli yaşayış binasında yanğın - SAKİNLƏR TƏXLİYƏ OLUNDU

SON DƏQİQƏ! Xətaidə çoxmərtəbəli yaşayış binasında yanğın - SAKİNLƏR TƏXLİYƏ OLUNDU Hadisə
Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, binanın 7-ci mərtəbəsinin dəhlizində 1 ədəd dolab yanıb.

Yanğın zamanı 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.