"​Koronavirusla bağlı dərman səpiləcəyi haqda deyilənlər əsassızdır" – - Rəsmi

"​Koronavirusla bağlı dərman səpiləcəyi haqda deyilənlər əsassızdır" – - Rəsmi Hadisə
Bu gün sosial şəbəkədə gecə saat 11-dən 3-dək koronavirusa qarşı dərman səpiləcəyi bildirilib.

News24.az xəbər verir ki, bununla bağlı səs yazısı da yayılıb.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin mətbuat xidməti ilə əlaqə saxladıq.

Qurumdan bildirilib ki, belə məlumatların heç bir əsası yoxdur. İnsanlar bununla bağlı yalnız rəsmi qurumların məlumatlarını izləsinlər.     

Afaq Mirayiq