Su arxında 44 yaşlı qadının meyiti aşkarlandı

Su arxında 44 yaşlı qadının meyiti aşkarlandı Hadisə

Bərdə rayonunda qadın meyiti aşkarlanıb.

News24.az xəbər verir ki, hadisə rayonun Saatlı kəndində qeydə alınıb.

Belə ki, Yevlax rayon sakini, 1982-ci il təvəllüdlü Nigar Məmmədovanın meyiti su arxında tapılıb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.