Su çərşənbəsində bədbəxt hadisə: Yaralılar var
Hadisə
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə tonqalda yanma səbəbilə 2 çağırış qeydə alınıb.
Bu barədə News24.az-a TƏBİB-dən bildirilib.
Çağırış ünvanlarına təcili tibbi yardım briqadaları cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 15 yaşlı (kişi) və 9 yaşlı (qadın) şəxslər Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunublar.