Sumqayıt bulvarında dənizə düşdü

Sumqayıt bulvarında dənizə düşdü Hadisə

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Sumqayıt şəhərində, Sumqayıt Dənizkənarı Bulvarı ərazisində bir nəfərin dənizə düşməsi barədə məlumat daxil olub. 

FHN-dən News24.az -a verilən məlumata görə dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.