Sumqayıt sakini dəm qazından boğuldu

Sumqayıt sakini dəm qazından boğuldu Hadisə

Sumqayıt şəhərində 24 yaşlı gənc dəm qazından boğularaq ölüb.

News24.az xəbər verir ki, “Report”un yerli bürosunun məlumatına görə, hadisə şəhərin "Yaşıl dərə" yaşayış massivində qeydə alınıb.

2001-ci il təvəllüdlü Nail Bəkir oğlu Orucov dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.