Sumqayıtda avtomobil 63 yaşlı qadını vuraraq öldürdü

Sumqayıtda avtomobil 63 yaşlı qadını vuraraq öldürdü Hadisə

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb.

News24.az xəbər verir ki, hadisə şəhərin Koroğlu prospektində qeydə alınıb.

Belə ki, yolu keçən 1963-cü il təvəllüdlü Təhməzova Mənzər Həsən qızını avtomobil vurub.

Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.