Sumqayıtda avtomobil divara çırpıldı, xəsarət alanlar var

Sumqayıtda avtomobil divara çırpıldı, xəsarət alanlar var Hadisə

Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, "Mercedes" markalı minik avtomobilinin idarəetmədən çıxaraq, divara çırpılması nəticəsində 4 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.