Sumqayıtda avtomobil marketə girdi - FOTO
Hadisə
Bu gün Sumqayıtda yol qəzası baş verib.
News24.az “Qafqazinfo”-ya istinadla xəbər verir ki, şəhərin 29-cu məhəllə adlanan hissəsində “Ravon Nexia” və “Wolksvagen Passat” markalı avtomobillər toqquşub. Nəticədə idarəetmədən çıxan maşınlardan biri yol kənarındakı “AL Market”ə çırpılıb.
Qəza nəticəsində avtomobillərə və marketə ciddi ziyan dəyib.