Sumqayıtda avtomobil qadının vuraraq - ÖLDÜRDÜ

Sumqayıtda avtomobil qadının vuraraq - ÖLDÜRDÜ Hadisə
Sentyabrın 10-da saat 20 radələrində Sumqayıt şəhərinin Bədəlbəyli küçəsində şəhər sakini A.Rüstəmov idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən həmyerlisi Ədilə Quliyevanı vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, nəticədə xəstəxanaya yerləşdirilən qadın orada ölüb.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.