Sumqayıtda çoxmərtəbəli yaşayış binasında yanğın oldu
Hadisə
Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın hadisəsi qeydə alınıb.
News24.az xəbər verir ki, hadisə 12-ci mikrorayon ərazisində yerləşən binalardan birində baş verib.
Ərazi sakinlərinin sözlərinə görə, mənzillərdən birindən tüstü qalxmağa başlayıb, daha sonra alov genişlənib.
Hadisə yerinə dərhal yanğınsöndürənlər cəlb olunub. Yanğının qarşısının alınması istiqamətində tədbirlər görülüb.
Faktla bağlı araşdırma aparılır. (Teleqraf)