Sumqayıtda dəm qazından zəhərlənən azyaşlıların SON DURUMU

Sumqayıtda dəm qazından zəhərlənən azyaşlıların SON DURUMU Hadisə

Ötən gün Sumqayıtda dəm qazından zəhərlənən azyaşlıların vəziyyəti ağırdır.

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Sumqayıt Tibb Mərkəzini və Respublika Pediatriya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında 4 nəfərin (kişi cinsli) müalicəsi davam etdirilir:

"Dəqiqləşdirilməmiş virus meninqoensofalit diaqnozu təyin edilən 2 nəfərin vəziyyətləri ağır stabil, dəqiqləşdirilməmiş virus infeksiyası diaqnozu təyin edilən 2 nəfərin vəziyyəti isə orta ağırdır.

Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasında müalicəsi davam etdirilən və meninqoensofalit diaqnozu təyin edilən 1 nəfərin (qadın cinsli) vəziyyəti isə ağır stabil qiymətləndirilir".

Xatırladaq ki, aprelin 1-də Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində çoxuşaqlı ailənin altı üzvü dəm qazından zəhərlənib. 2024-cü il təvəllüdlü qız uşağı həkimlərin apardığı reanimasiya tədbirlərinə baxmayaraq, o, aprelin 4-də səhər saat 05:10-da vəfat edib.