Sumqayıtda yanğın - Yeniləndi

Sumqayıtda yanğın - Yeniləndi Hadisə

Sumqayıtda "Siyans" hoteli yanır.

News24.az xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvələri və texnikaları cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ tədbirlər görülür.


10:03

Sumqayıt şəhərində yerləşən restoranlardan birində baş vermiş yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.

News24.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti də məlumat yayıb.

Bildirilib ki, hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, ərazinin nəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülür.


10:20

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndində restoranda yanğın baş verməsi barədə məlumat daxil olub.

News24.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

"FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində restoranın dam örtüyündə baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb".

****

Xəbər verildiyi kimi, Abşeron rayonu, Novxanı kəndində restoranda baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri tərəfindən genişlənməsinə, o cümlədən bitişik tikilən otelə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

News24.az xəbər verir ki, bu barədə FHN-nin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, yanğın nəticəsində ümumi sahəsi 2000kv.m. olan restoranın 1-ci mərtəbəsinin terrasının dam örtüyünün yanar konstruksiyaları 70kv.m. sahədə yanıb.

Restoranın böyük hissəsi və bitişik otel yanğından mühafizə olunub.