Sumqayıtda icra nümayəndəliyinin - BİNASI YANIB

Sumqayıtda icra nümayəndəliyinin - BİNASI YANIB Hadisə
Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində ümumi sahəsi 150 m² olan qəsəbə icra nümayəndəliyinin yerləşdiyi birmərtəbəli, taxta konstruksiyalardan ibarət binanın tavanı və çardağı 80 m² sahədə yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən News24.az-a məlumat verilib.
Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.