Sumqayıtda meyit aşkarlandı
Hadisə
Sumqayıtda meyit aşkarlanıb.
News24.az xəbər verir ki, hadisə şəhərin Bulvar küçəsində yerləşən “Kristal Abşeron” yaşayış kompleksində qeydə alınıb.
1968-ci il təvəllüdlü Əli Qəhrəmanovun cansız bədəni yaşadığı evdə tapılıb.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır, hadisənin başvermə səbəbləri müəyyənləşdirilir. (Teleqraf)