Sumqayıtda minik avtomobili aşdı

Sumqayıtda minik avtomobili aşdı Hadisə

Sumqayıtda avtomobil aşıb.

News24.az “Report”a istinadla xəbər verir ki, hadisə şəhərin Çerkassi küçəsində qeydə alınıb.

Belə ki, idarəetmədən çıxan "Chevrolet Aveo" markalı minik avtomobili işıq dirəyinə çırpılıb, daha sonra aşıb. Qəza nəticəsində avtomobilə ciddi ziyan dəyib.

Hadisənin baş vermə səbəbləri araşdırılır.