Sumqayıtda piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib

Sumqayıtda piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib Hadisə

Sumqayıtda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

News24.az AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayonunun ərazisində, Babək küçəsində qeydə alınıb. Qəza nəticəsində “Mercedes” markalı avtomobil yolu keçən 1948-ci il təvəllüdlü Orucov Şirin Səfəralı oğlunu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Sürücü hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır.