Sumqayıtda qəza oldu: ölən var

Sumqayıtda qəza oldu: ölən var Hadisə

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

News24.az xəbər verir ki, hadisə bu gün şəhər ərazisində qeydə alınıb.

Belə ki, yük avtomobili piyadanı vurub. Nəticədə ağır xəsarətlər alan Əliyev Samir Sərhəd oğlu dərhal xəstəxanaya çatdırılıb.

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. (Report)