Üçüncü mərtəbədən yıxılan yeniyetmə 3 gün sonra öldü
Hadisə
Sumqayıt şəhərində 16 yaşlı qız ağır xəsarətlər alıb.
News24.az xəbər verir ki, aprelin 1-i saat 13 radələrində Sumqayıt sakini 2010-cu il təvəllüdlü F. İsayeva 3-cü mərtəbədə yaşadığı evin pəncərəsindən yıxılıb.
Xəstəxanaya yerləşdirilən F.İsayevanın vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Yaşar Araz
02.04.26; 12:09
Aprelin 1-i saat 13:20 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına ağır vəziyyətdə hospitalizasiya olunan 2010-cu il təvəllüdlü şəxsin (qadın cinsli) aparılan reanimasiya tədbirlərinə baxmayaraq, aprelin 4-ü saat 06:30 radələrində bioloji ölüm faktı qeydə alınıb.
Bu barədə News24.az-a Sumqayıt Tibb Mərkəzinin məlumat verilib.
Meyit təşrih olunması üçün aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, ağır kəllə-beyin travması, baş-beynin əzilməsi, ikitərəfli pnevmotoraks və dalağın cırılması diaqnozları təyin olunan pasiyent üzərində splenektomiya (dalağın götürülməsi) əməliyyatı icra olunmuşdu.