Sumqayıtda dəm qazından zəhərlənənlərin vəziyyəti AĞIRDIR

Sumqayıtda dəm qazından zəhərlənənlərin vəziyyəti AĞIRDIR Hadisə

Ötən gün Sumqayıtda dəm qazından zəhərlənən ailənin üzvlərinin vəziyyəti ağırdır.

Bu barədə News24.az-a Sumqayıt Tibb Mərkəzi və Respublika Pediatriya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında 4 nəfərin (kişi cinsli) müalicəsi davam etdirilir.

"Dəqiqləşdirilməmiş virus meninqoensofalit diaqnozu təyin edilən 2 nəfərin vəziyyətləri ağır, dəqiqləşdirilməmiş virus infeksiyası diaqnozu təyin edilən 2 nəfərin vəziyyəti stabildir. Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasına təxliyə edilən 1 nəfərə (qadın cinsli) isə meninqoensofalit diaqnozu təyin edilib. Hazırda vəziyyəti ağır stabil qiymətləndirilir".

Xatırladaq ki, aprelin 1-də Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində çoxuşaqlı ailənin altı üzvü dəm qazından zəhərlənib. 2024-cü il təvəllüdlü qız uşağı həkimlərin apardığı reanimasiya tədbirlərinə baxmayaraq, o, aprelin 4-də səhər saat 05:10-da vəfat edib.