Sumqayıtda yataqxanada yanğın oldu, sakinlər təxliyə edildi – VİDEO
Hadisə
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 42-ci məhəllədə yataqxana binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən News24.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsində elektrik lövhəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində 6 ədəd sayğac, 6 ədəd qoruyucu açar və 6p.m. elektrik naqili yanıb.
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub. Xəsarət alan olmayıb.
Mənzillər və yataqxana binası yanğından mühafizə olunub.