Suriyada terror: - YARALILAR VAR
Hadisə
Suriyanın şimalında Afrinin Rako rayonunda avtomobilə yerləşdirilən bomba partladılıb.
News24.az NTV-yə istinadən xəbər verir ki, ilkin məlumata görə, terror aktı nəticəsində 2 nəfər yaralanıb.
Hücumdan sonra ətrafda təhlükəsizlik tədbirləri gücləndirilib, yaralılar rayondakı xəstəxanaya yerləşdirilib.
Yerli təhlükəsizlik qüvvələri hadisə yerində hücumla bağlı araşdırmalara başlayıb.
Qeyd edək ki, hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.
Günel Məlikzadə